Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəcəbov və Məmmədyarov Karlsenin turnirindən kənarda qaldı - Rəsmi

Dünya çempionu Maqnus Karlsenin şahmat tarixində ilk dəfə təşkil edəcəyi internet-turnirin bütün iştirakçıları müəyyənləşib...

Norveçli qrossmeysterin aprelin 18-də start götürəcək yarışda FIDE (Beynəlxalq Şahmat Federasiyası) reytinqində ilk 8 yerdə qərarlaşmış şahmatçıları görmək istəyi gerçəkləşməyib. "8-lik"dəki zəka sahiblərindən rusiyalı Aleksandr Qrişuk (6-cı yer), ermənistanlı Levon Aronyan (7-ci yer) və ABŞ təmsilçisi Uesli So (8-ci yer) turnirə qatılmayacaq. Onların əvəzinə fərdi qaydada hollandiyalı Aniş Giri (10-cu yer), ABŞ təmsilçisi Hikaru Nakamura (18-ci yer) və İran şahmatının parlayan ulduzu Alireza Firuzca (21-ci yer) dəvət olunub.

Daha 5 iştirakçı isə Karlsendən əlavə, ABŞ təmsilçisi Fabiano Karuana (2-ci yer), çinli Dinq Liren (3-cü yer), rusiyalı Yan Nepomnyaşi (4-cü yer) və fransalı Maksim Vaşye-Laqrav (5-ci yer) olacaq. FIDE reytinqində müvafiq olaraq, 9-cu və 11-ci yerlərdə qərarlaşmış Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun kənarda qalmalarının səbəbi məlum deyil.

İki həftə davam edəcək turnir dairəvi sistem üzrə başlayacaq. Əvvəlcə hər bir iştirakçı arasında görüş keçiriləcək. Daha sonra liderlər "pley-off" oynayacaqlar. 250 000 dollar mükafat fonduna malik yarışın qalibi 70 000 dollar qazanacaq.

pia.az


Etiket: Maqnus Karlsen

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Qabil Hüseynli: Paşinyan Moskvadan normal nəticələrlə geri qayıtdı...

Ən çox oxunanalar